İçeriğe geçmek için "Enter"a basın

Gənc anaya yardım – Oxucumuzdan məktub

25-02-2015

gencanaya

Səkinə Əhmədova adlı oxucumuzdan gələn məktub. Ancaq məktuba keçmədən əvvəl xatırladaq kı biz qəzet deyilik. Biz, “Azadliq.az” olaraq yalnızca online fəaliyyət göstərən xəbər saytıyıq. Azadlıq Qəzetinin internet saytı deyil. Onlarla əlaqəmiz yoxdur. Olabilərki daha öncə onlara müraciət etmisiniz. Ancaq biz yenə də məktubun hamısını yayımlayırıq.
Xəstəyə Allah şəfa versin.
“Salam! Hörmətli redaksiya, Sizə yenə müraciət edirik, çünki heç vaxt yan keçməmisiz. 2013cü ildə sizə Aygün Babayeva Tahir qızı ( 34 yaş) adlı xəstə üçün maddi yardımın göstərilməsi üçün müraciət etmişdim. Yeddi il bundan qabaq Aygün boyun ağrılarına görə yerli xəstəxanalara müraciət etmiş və ona boyunun sol tərəfinin agiofibroması diaqnozu qoyulmuşdur. Biopsiya ilk olaraq şişin xoşxassəli olduğunu göstərir, lakin əməliyyatın Azərbaycanda aparılması üçün xüsusi avadanlıqların olmadığı üçün əməliyyat İranda aparılır ( boyuna platinum disklər qoyulur). Onlar Günəşlidəki evini satır.İllər ərzində mütəmadən əməliyyatalar aparılır.. 2013-cü ildə şişin artıq bədxassəli olduğu meydana çıxır, kimyaterapiya seansları başlayır-şiş dəfələrlə götürüldüyünə baxmayaraq yenidən yaranir İranlı həkim artıq Aygünə kömək edə bilməyəciyini söyləyir və Türkiyəyə getməyi məsləhət görür. Turkiyədə Medical plaza xəstəxanasında müayinə aparıllr . Həkimin sözlərinə görə Aygün əlavə iki əməliyyat keçirməlidir: ilk əməliyyatda şiş yenidən götürüləcək, digərində isə boyun nahiyəsinə o şişin bir daha yetişməməsini saglayan aparat qoyulacaqdir) Bu əməliyyatın dəyəri isə 20 000 USD dir. Əlimizdə artıq 2600USD var. Biz hər bir yerə müraciətt etdik, umid.az saytında, facebook şəbəkəsində, xəbər portallarında məqalə yazdıq. Lazımi məbləğ toplandı. Hər kəsə çox minntdarıq. Lakin, vaxt keçdi, Aygünün əli işləmədi, yenidən qonçu ölkəyə müraciət etdik, yenidən əməliyyata ehtiyac oldu. Şükürlər olsun, lazımi məbləğin toplanmasına bizə yardımcı oldular. Bundan sonra Aygün 3 dəfə əməliyyat olundu. Artıq ailə çatışmayan məbləği borca aldılar. 2014 ilin oktyabr ayından indiyədək Aygünün vəziyyəti pisləşdi. Bizi artıq Türkiyənin “Medipol” xəstəxanasına yolladılar. Hazırda təcili olaraq əməliyyatın keçirilməsinə ehtiyac var. Əməliyytın qiyməti 30 000 ABŞ dollarıdıc. Əməliyyatdan sonraki reabilitasiya ( 25 kür ximioterapiya) isə 30 000 dollardır. Əlimizdə 10 100 ABŞ dolları və 500 manat məbləğ mövcuddur. Çatışmayan məbləg: əməliyyat üçün: 19365 USD; ximioterapiya üçün: 30 000 USD; Ailənin vəziyytəni çox çətindir. Axırıncı əməliyyatlar artıq ailəni borclara salıb. Xuraman xanım(anası) hərə yerə müraciyyət edib, Nazirliyə,Fondlara, televiziya kanallarına,lakin yardım ala bilmir. Təqdim etdiyimiz sənədlərin daxilində, Səhiyyə Nazirliyi tərəfindən əməliyyatın gonşu ölkədə keçirilməsinə göndəriş də mövcuddur. Sizdən onlara kömək etməyinizi xahiş edirik, bütün imkanlarını artıq əməliyyatlara sərf etmiş ana çox pis vəziyyətdədir, biz çox olsaq, hərəmizdən 5 manat 2 manat da gəlsə belə nəsə edə bilərik. Bu ananın yerinə onun balasının yerinə hamimiz ola bilərik.. Allah heç kimə göz görə-görə övladını itirmək qorxusunu yaşatmasın.. Məsələyə dair daha detallı informasiya üçün bu linkə daxil ola bilərsiniz:

umid.az – Список форумов-«Помогите дочери не потерять маму»

azeriforum.org – Благотворительность АзериФорумчан – «Бабаева Айгюн. Помогите молодой маме. Одна с дочерью на руках»

Əlaqə nömrələrizim: Səkinə ( ailənin yaxın dostu): +99455 788 07 00 /+99470 8424012

Xuraman xanım ( ana): +99455 683 37 43

Bank rekvizitləri: Bank Respublika ASC MXD Kod: 505668 VOEN: 9900001901 M/h: AZ80NABZ01350100000000014944 SWIFT: BRESAZ22

Müştərinin H/h-i IBAN : AZ72BRES00380194400241860001

Babayeva Aygun Tahir qizi Gsm: +99455 7880700 ”

Qeyd edək ki məktubu əksiksiz yayımlayırıq və məktubu yazanlarla bir əlaqəmiz yoxdur.

Bir yorum

  1. Səkinə 25/02/2015

    Təşəkkür edirəm.

Yorumlar kapatıldı.

Gənc anaya yardım – Oxucumuzdan məktub