İçeriğe geçmek için "Enter"a basın

Milli Məclisin sədr müavinləri seçildi – Müxalifətçi deputat müavin oldu

10-03-2020


[r32]
Milli Məclisə yeni sədr müavinləri seçilib. Altıncı çağırış parlamentin bu gün keçirilən ilk iclasında hakim Yeni Azərbaycan Partiyası tərəfindən Milli Məclis sədrinin I müavini vəzifəsinə Əli Hüseynlinin, sədrin müavini vəzifəsinə isə Vətəndaş Həmrəyliyi Partiyasını təmsil edən deputat Fəzail İbrahimlinin və bitərəf deputatlar tərəfindən Adil Əliyevin namizədliyi irəli sürülüb.

Onların parlament sədrinin müavinləri vəzifəsinə seçilməsi məsələsi müzakirə olunub.

Müzakirədən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, müstəqillik illərində formalaşan parlamentdə ilk dəfədir ki, müxalifəti təmsil edən deputat Milli Məclisin sədr müavini olur.

Bununla yanaçşı, müxalifətdən olan deputatların bir neçəsinin komitə sədri seçiləcəyi haqda qeyri-rəsmi məlumat yayılıb.

Milli Məclisin sədr müavinləri seçildi – Müxalifətçi deputat müavin oldu