İçeriğe geçmek için "Enter"a basın

Tramp Qüdsü İsrailin paytaxtı elan etdi

29-01-2020

ABŞ Prezidenti Donald Tramp “Twitter” hesabında irəli sürdüyü Yaxın Şərq Sülh planında əks olunan gələcək Fələstin dövlətinin xəritəsini paylaşıb.

 

[r32]

Azadliq.az virtualaz.org-a istinadən xəbər verir ki, ABŞ Prezidenti qeyd edib ki, həmişə İsrail dövləti və yəhudi xalqının yanında olacaq: “Onların təhlükəsizliyini və tarixi torpaqları daxilində yaşamaq hüquqlarını qəti şəkildə dəstəkləyirəm. Artıq sülhün vaxtıdır!”.

“Gələcək Fələstin dövləti Şərqi Qüdsdə əraziləri ilə belə görünə bilər”, – Tramp yazıb.

[r32],

Donald Tramp onu da bildirib ki, “Əsrin sazişi” yeni Fələstin dövləti üçün 50 milyard dollar məbləğində investisiyaları təmin edəcək.

Onun sözlərinə görə, çox sayda dövlət bu prosesdə iştirak etmək istəyir. “Praktik olaraq hamı istəyir ki, bu olsun”, – o vurğulayıb.

Trampın fikrincə, “Əsrin sazişi” İsrail və Fələstinin qonşuların böyük dəstəyini alacaq.

ABŞ Prezidenti həmçinin əlavə edib ki, ABŞ planının reallaşdırılacağı təqdirdə 10 il ərzində “Fələstində işsizlik iki dəfə azalacaq”.

 

**23:23(28.01.2020)

 

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahunun iştirakı ilə İsrail-Fələstin münaqişəsinin nizama salınması üzrə planı təqdim edib və bildirib ki, İsrail bu planı təcəssüm edərək fələstinlilərlə “sülhə doğru böyük addım” atır.

Virtualaz.org bildirir ki, onun sözlərinə görə, fələstinlilər ən yaxşı həyata layiqdirlər. “Amma terror fəallığının tələsinə düşüblər”, – deyə Ağ Ev rəhbəri qeyd edib.

ABŞ Prezidenti əlavə edib ki, Yaxın Şərq üzrə nizamasalınma planı 80 səhifədən ibarətdir. Bu, həmin məsələdə ən dolğun sənəddir.

ABŞ Prezidenti onu da bildirib ki, bu plana əsasən, Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq: “Bu plana əsasən, Qüds bölünməz paytaxt qalacaq, bu çox əhəmiyyətlidir”.

D.Tramp həmçinin əlavə edib ki, ABŞ Şərqi Qüdsdə fələstinlilər üçün öz səfirliyini açacaq: “Bu xəritə Şərqi Qüdsdə fələstinlilərin paytaxtı ilə Fələstin ərazisini ikiqat artıracaq, harada ki ABŞ qürurla özünün səfirliyini açacaq”.

Tramp Qüdsü İsrailin paytaxtı elan etdi