İçeriğe geçmek için "Enter"a basın

Rusiya hökuməti istefa verdi

15-01-2020

Rusiyada hökumət istefasını verdi.
[r32]
“Azadliq.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Baş Naziri Dmitri Medvedev Prezident Vladimir Putinlə görüşü zamanı bildirib.

“Rusiya Federasiyası Konstitusiyasının 117-ci maddəsinə əsasən Rusiya Federasiyası hökuməti hazırkı tərkibdə istefaya göndərildi”, -deyə Medvedev açıqlayıb.

O, izah edib ki, bu qərar Konstitusiyaya ediləcək dəyişikliklərlə bağlıdır.

“Rusiya Federasiyasının rəhbər şəxsləri kimi ölkəmizin Prezidentinə bu qərarları qəbul etmək üçün bütün lazımi şəraiti yaratmalıyıq”, – deyə Medvedev əlavə edib.

Putin fəaliyyətinə görə Medvedevə və komandasına təşəkkür edib.

Rusiya hökuməti istefa verdi