İçeriğe geçmek için "Enter"a basın

AFFA-dan 1 milyon avro istəyən futbolçu yığmaya gətirilir

26-12-2014

eddiisrafil

İspaniyanın Qranada komandasında çıxış edən Eddi İsrafilov (Eddy Silvestre Pascual Israfilov) yaxın zamanda Azərbaycan yığmasında oynaya bilər. Apasport.az saytının məlumatına görə, millinin yeni baş məşqçisi Robert Prosineçki 22 yaşlı futbolçunu milli komandada görmək istəyir.

Belə ki, öncə Xorvatiyalı çalışdırıcının özü İsrafilovla əlaqə saxlayıb. O, gənc futbolçunu buna razı salmaq üçün Qranadaya getməyə də hazırdı. Prosineçki Eddinin azərbaycanlı anası ilə də bu məsələni artıq müzakirə edib. 45 yaşlı məşqçi AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində martda Malta ilə keçiriləcək oyuna qədər İsrafilovu yola gətirmək niyyətindədi.

Bununla əlaqədər İspaniya mətbuatına məlumat verən Prosineçkinin köməkçisi Yanko Yankoviç məlumatı təsdiqləyib. O, İsrafilovu Azərbaycan millisinə gətirmək istədiklərini deyib:“Mümkün olan hər şeyi nəzərdən keçiririk ki, marta qədər heyəti gücləndirək. Bu siyahıda İsrafilovun da adı var. Anasının azərbaycanlı olması bizə kömək edir. Eddinin oyunlarını izləmişik və onun Azərbaycan yığmasına əlavə güc qatacağını düşünürük.

Xatırladaq kı, “Mursiya”nın futbolçusu olan İsrafilov “Qranada”da icarə əsasında çıxış edir. O, bir müddət əvvəl Azərbaycan millisində oynamaq üçün AFFA-dan 1 milyon avro istəmişdi.

AFFA-dan 1 milyon avro istəyən futbolçu yığmaya gətirilir