İçeriğe geçmek için "Enter"a basın

Gürcüstan prezidenti Putinlə görüşmə şərtini açıqladı

26-12-2014

giorgii

Gürcüstan prezidenti Rusiya prezidenti ilə görüşə hazır olduğunu deyib. Ancaq bu görüşün reallaşması üçün bir şərt qoyub; “əgər söhbət Gürcüstanın ərazi bütövlüyünün bərpasından gedəcəksə” – deyə G.Marqvelaşvili bildirib.

Bu barədə onun xarici siyasət məsələləri üzrə məsləhətçisi Tenqiz Pxaladze açıqlama verib. “Prezident hər kəslə görüşməyə hazırdır əgər söhbət ərazi bütövlüyünün bərpa olunmasından gedəcəksə” deyib.

Kremlin bu bəyanata hansı reaksiya verdiyi hələ ki bəlli deyil.
Qeyd edək ki, bundan öncə isə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd etmişdi ki, əgər Tiflisdən siqnal daxil olarsa, Putin gürcü həmkarı ilə görüşməyə hazırdır. Bu ilin fevral ayında Vladimir Putin  Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə görüş mümkünlüyünü istisna etməmişdi. Georgi Marqvelaşvili isə Putinin bəyanatına cavab olaraq bildirmişdi ki, görüş üçün əsaslı hazırlıq lazımdır.

Gürcüstan prezidenti Putinlə görüşmə şərtini açıqladı