İçeriğe geçmek için "Enter"a basın

Vergilər Nazirliyi ləğv edildi – Qurumlar birləşdirildi

23-10-2019

Prezident İlham Əliyev Mikayıl Cabbarovla bağlı sərəncam verib.

Azadliq.az xəbər verir ki, sərəncama əsasən, M. Cabbarov Vergilər naziri vəzifəsindən azad edilib.

Ölkə başçısının digər sərəncamı ilə Cabbarov İqtisadiyyat naziri təyin edilib.

Xatırladaq ki, ötəngünkü sərəncamla keçmiş İqtisadiyyat naziri Şahin Mustafayev Baş Nazirin müavini təyin edilib.

[r32]

Prezident Mikayıl Cabbarovla görüşdü

[r32]

Azərbaycan Prezidenti İlham Əliyev görüş keçirib. 

Azadliq.az xəbər verir ki, dövlət başçısı oktyabrın 23-də Mikayıl Cabbarovu yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib.

Qeyd edək ki, Prezidentin bugünkü sərəncamları ilə M. Cabbarov Vergilər naziri vəzifəsindən azad edilərək İqtisadiyyat naziri təyin edilib.

[r32]

İqtisadiyyat naziri Mikayıl Cabbarov oldu

Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat Nazirliyinin strukturunda dəyişiklik edib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı imzalanan fərmanda deyilir:

1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilsin.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yeni strukturu təsdiq edilsin (əlavə olunur).

3. Müəyyən olunsun ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının və onların tabeliyində olan qurumların strukturu, işçilərinin say həddi, hüquqi vəziyyəti, vəzifə maaşları, əməyin ödənilməsi sistemi və xidmətkeçmə ilə bağlı hüquq və vəzifələri ilkin mərhələdə dəyişməz olaraq qalır.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əsasnaməsinin yeni layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. barələrində nizamnamə kapitalındakı dövlət payının idarə edilməsi funksiyaları həyata keçiriləcək kommersiya təşkilatlarının siyahısını iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının yeni əsasnamələri təsdiq edilənədək onlar öz fəaliyyətlərini mövcud əsasnamələri əsasında davam etdirsinlər.

Vergilər Nazirliyi ləğv edildi – Qurumlar birləşdirildi