İçeriğe geçmek için "Enter"a basın

Gözünüzü qorumağın sadə yolları

19-02-2015

göz

 
Bədənimizin ən həssas və bəlkə də ən mühüm orqanlarından biri olan gözlərin sağlamlığı üçün nələrə diqqət etməyiniz lazım olduğunu bilirsinizmi?

Göz həkimi Elvan Yalçının göz sağlamlığını qorumağın 5 qaydasını təqdim edir:

Uşağınızın heç bir şikayəti olmasa da 1 yaşında gözünü müayinə etdirin. Çünki bu müayinə körpəni göz tənbəlliyindən qoruyur.
Kompüter qarşısında oturmaq və ya sensorlu telefonlardan çox istifadə etmək gözlərdə kirpik dibi iltihabı, allergiya və quruluq yarada bilər. Həmçinin uzaq görmə qüsuru yaranmasına rəvac verə bilər.
Çünki, komputerə baxdığın zaman göz qapaqları örtülmür.
Gözdə sulanma, qaşınma, ağrı, oxuyarkən qapanma, yazıların bir-birinə qarışması, göz və baş ağrısı olması, başı əyri tutaraq oxuma, gözləri qıyaraq baxma problemləri göz xəstəliklərinin əlamətləridir.
İş yerinizdə yumşaq sarı tonda işıqlandırmadan istifadə edin. Diabet xəstələri və idmançılar, mütəmadi olaraq göz diblərini müayinə etdirin.
Başqasının kosmetikasından istifadə etməyin. Göz qələmi və tuş kimi başqasının makiyaj vəsaitlərindən gözlərə bakteriyalar keçir.
Başqasının göz yaşını silməyin.Sildiysəniz də əllərinizi sabunla təmiz yuyun.
Gözünüzə dəyən bir zərbə olduğu zaman və ya gözünüzə bir cisim düşdüyü zaman gözünüzü qətiyyən ovmayınız. Bol su ilə yuyun. Bir dayaz qabda qaynamış soyumuş su qoyub gözünüzü o suyun içinə daldırın və suda gözünüzü açıq tutmaya çalışın. Keçməzsə həkimə baş vurun.
Azadliq.az

Gözünüzü qorumağın sadə yolları