Sanksiya hədəsinə hədə ilə cavab verildi
Milli Məclisin növbədənkənar iclası işini başa çatdırıb. Avropa Parlamentinin Azərbaycan haqqında qətnaməsinə cavab məqsədilə keçirilən müzakirələrin yekununda vitse-spiker Valeh Ələsgərov yekun qərarı oxuyub. Sənəddə Avropa Parlamentindən Azərbaycana qarşı qərəzli münasibətə son qoymaq tələb olunub.
Milli Məclis Avronest üzvlüyündən imtina etmək məqsədilə prosedur işlərə başlanılması barədə qərar verilib. Bu müddətdə isə qurumun iclaslarına qatılmamaq qərarı da əksini tapıb.
Azərbaycan rəsmilərinə qarşı sanksiya tətbiq olunacağı halda Avropa Parlamenti üzvlərinin və rəsmilərinin Azərbaycana giriş-çıxışı ilə bağlı məsələnin də müzakirəyə çıxarılacağı barədə xəbərdarlıq edilib.
Sənəd səsə qoyularaq qəbul edilib.
Axırını Allah bilir.Hər halda biz özümüz bu beynəlxalq təşkilatlara daxil olmuşuq.Avropa Şurasına daxil olmaq üçün onlara müraciət edəndə bu təşkilat müxalifətin razılığını tələb edirdi.Görəsən sabah BMT bizdən Avropa parlamentinin tələblərini yerinə etirməsini tövsiyə etdi.BMT- da çıxacağıq.Mən deyərdim bu işdə tələskinliyə yol vermişik.
Gör Avropa Parlamenti ne günə qalıb ki, böyük çirkablar içində sanki boğulan Azərbaycan Parlamenti ona qorxu gəlir.Türklər demişkən, *yazıqlar olsun Azərbaycanın bəzi millət vəkillərinə*