İçeriğe geçmek için "Enter"a basın

Kəbədə dəhşətli qəza – Ölənlər var

11-09-2015

mekkevincKəbədə Ümrə ziyarəti zamanı dəhşətli qəza baş verib, çoxlu sayda ölən var.

Azadlıq.az xəbər verir ki, musavat.com-un xarici mətbuata istinadən verdiyi məlumata görə, bu gün cümə namazından sonra zəvvarlar Ümrə ziyarəti həyata keçiriblər. Şahidlərin sözlərinə görə ziyarət zamanı ətrafdakı binaların birindən iri qaldırıcı kran zəvvarların üstünə aşıb. Qəzanın dəqiq səbəbi bilinməsə də, güclü külək və yağış olduğu güman edilir.

Onu da qeyd edək ki, Kəbədə təmir işləri aparılmaqdadır.

***

APA-nın verdiyi məlumata görə Azərbaycan vətəndaşları arasında zərərçəkən yoxdur. Azərbaycandan Məkkəyə gedən azərbaycanlı zəvvarlar Mədinədə mehmanxanalara yerləşdirilib.

***
Musavat.com-un Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə hələ ki bilinən ölü sayı 15 nəfərdir. Lakin sayın artacağı güman edilir. Hadisənin əsas səbəbinin qum fırtınası olduğu bildirilir.

***
Azadlıq.az Reuters xəbər agentliyinə istinadən bildirir ki, Səudiyyə Ərəbistan rəsmiləri ən az 87 ölü və 183 yaralı olduğunu açıqlayıb.

Bir yorum

  1. mina 14/09/2015

    teeccub edirem,niye ermeni ve ruslar qezaya tus gelmirler,hemise muselmanlar qirilirlar?allah ozu bize yardim etsin.

Yorumlar kapatıldı.

Kəbədə dəhşətli qəza – Ölənlər var