İçeriğe geçmek için "Enter"a basın

Türkiyədə 16 şəhid…

07-09-2015

turkiyesehidTürkiyə Silahlı Qüvvələri Baş Qərargahı şəhid olan hərbçilərinin sayını açıqlayıb.

Azadlıq.az-ın məlumatına görə, sentyabrın 6-da Haqqari vilayətinin Dağlıca kəndində basdırılan partlayıcının işə düşməsi nəticəsində 16 hərbçi şəhid olub, 6 nəfər yaralanıb.
Hazırda Türkiyə Silahlı Qüvvələri bölgədə geniş miqyaslı antiterror əməliyyatları aparır.

Ən son məlumata görə, iki gün ərzində Türkiyə Ordusunun qırıcıları PKK-nın 23 terror düşərgəsini yerlə-yeksan edib.

Türkiyədə 16 şəhid…