İçeriğe geçmek için "Enter"a basın

Tramp: “Böyük Britaniya AB-dən çıxdıqdan sonra daha çox qazanacaq”

27-07-2019

[r32]

ABŞ prezidenti Donald Tramp hazırda Böyük Britaniya ilə “olduqca böyük” ticarət anlaşmasının imzalanması üzərində iş getdiyini açıqlayıb.

BBC News kanalıın məlumatına görə, sazişin rəsmi Londonun Avropa Birliyindən çıxmasından sonra imzalanması gözlənilir.

“Bu, Britaniyanın ticarət dövriyyəsini 3,4-5 dəfə artıracaq”,-deyə Birləşmiş Ştatların lideri tvitter hesabında yazıb.

Donald Tramp Böyük Britaniyanın yeni baş naziri Boris Consonla telefon söhbətindən sonra onun “əla” olacağını deyib.

Hər iki lider oktyabrın 31-dən, yəni “Breksit”in rəsmi olaraq bitməsindən sonra dərhal danışıqlara başlayacaqlarını bəyan ediblər.

Qeyd olunur ki, Bğyük Britaniya hələ ki AB üzvü sayıldığındann müstəqil olaraq ticarət müqavilələri imzalaya bilmir.

Həm Trampın, həm də Consonun Avropa Birliyinə bu cür ikrahamiz münasibəti onların Putin rejimi ilə yaxınlıqda ittiham edilməsinə gətirib çıxarıb.

Məsələn, bu yaxınlarda Avropanın Rusiya üzrə tanınmış ekspert və tarixçilərindən sayılan Enn Epplbaum Vladimir Putinin məhz Boris Consonu Avropa Birliyinə qarşı görmək istədiyni deyib.

Onun sözlərinə görə, Breksit tam başa çatdıqdan sonra Rusiya Böyük Britaniyaya Avropaya qarşı alyansda olmaq təklifi edə bilər.

Digər ekspert Mark Qaleotti özünün “Foreign Policy” jurnalında yazıdğı məqalədə yeni baş nazirin həm Kreml, həm də onun ətrafındakı oliqarxlarla yaxın münasibətinə diqqət çəkib.

Buna nümunə olaraq isə Boris Cononun “The Evening Standard” qəzetinin sahibi Yevgeni Lebedevlə yaxın dostluq münasibəti göstərilir. Britaniyanın hazırkı baş naziri hətta 2016-cı ilin oktyabrında, yenicə xariic işlər naziri vəzifəsinə təyin olunduqdan sonra Lebedevin İtaliyadakı malikanəsinə gedib.

Bundan başqa, ABŞ Konqresinin respublikaçı üzvü Devin Nunyes Boris Consonun maltalı professor Cozef Mifsudla fotolarını yayıb. Bu adam Donald Trampın müşaviri Corc Papadopulosla yaxınlığı ilə tanınır. Həmin vaxt mətbuat məhz Cozef Mifsudun Papadopulosa əlində Hillari Klintonla bağlı kompromat olduğunu deyib və onu Putinin çevrəsi ilə tanış edib.

Musavat

Tramp: “Böyük Britaniya AB-dən çıxdıqdan sonra daha çox qazanacaq”