İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda güclü zəlzələ oldu

04-09-2015

azerbaycanzelzele

Azadlıq.az xəbər verir ki, yerli vaxtla saat 09:49-da Şəkidən 29 km aralı Şəki ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 7 bal, yaxın yaşayış məntəqələrində 6.5 bala qədər hiss olunub. Hazırda zəlzələnin nəticələri araşdırılır. Dağıntılar haqqında hələlik heç bir məlumat yoxdur.

———————–

Ölkənin aran zonasında zəlzələ olub.

Bunu Trend-ə Yevlax sakinləri məlumat veriblər. Verilən məlumata görə, zəlzələ hiss olunub. Yerli sakinlər təşvişə düşüb.

Gələn məlumatlara görə, zəlzələnin təkanları Mingəçevirdə, İsmayıllıda, Ağcabədidə, Şirvanda, Şamaxıda, Göyçayda, Ağdaşda və başqa yaxın rayonlarda da hiss edilib.

Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşı Tahir Məmmədov Oxu.Az-a bildirib ki, zəlzələnin olması ilə bağlı hazırda araşdırma aparılır.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ bu gün saat 09.49-da Şəki arazisində qeydə alınıb.

Zəlzələ episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində 7 bala qədər hiss olunub.

Zəlzələnin dərinliyi 13 km olub.

Dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Xatırladaq ki, bir neçə gün əvvəl də Şəkidə zəlzələ olmuşdu.

Azərbaycanda güclü zəlzələ oldu