İçeriğe geçmek için "Enter"a basın

Trump: “Birbaşa Marsa uçmaq lazımdır”

22-07-2019


[r32]
ABŞ prezidenti Donald Trump Aya uçuşun Ağ Evdə keçirilən 50-ci ildönümünün qeyd olunması mərasimində Apollo 11 kosmik gəmisinin heyətindən Buzz Aldrin və Michael Collins-i salamlayıb.

Trump iyulun 19-da keçirilən tədbirdə deyib ki, o Aya yenidən səfər etməkdənsə, birbaşa Marsa uçmağa üstünlük verərdi.

Trump bu mərasim zamanı deyib: “Onlar deyirlər ki, Marsa uçmaq üçün əvvəlcə Aya qonmaq lazımdır”.

Daha sonra o üzünü 88 yaşlı Collins-ə tutaraq onun bu məsələyə münasibətini soruşub.

Collins “birbaşa Marsa” deyib.

Lakin NASA-nın direktoru Jim Bridenstine Günəş sisteminin dərinliklərinə səyahət üçün Ayın çox yaxşı qapı olduğunu bildirib.

O deyib ki, əsas məsələ insanları yerdən kənarda uzun müddətdə sağ saxlayan texnologiyaların inkişaf etdirilməsidir.

Apollo 11 gəmisi ilə ABŞ ovaxtkı Sovet İttifaqını kosmik yarışda geridə qoya bilib.

Bundan əvvəl sovetlər kosmosa süni peyk və ilk kosmonavtı göndərməklə irəli çıxmışdılar.

Astronavt Neil Armstrong-un yaxınları da Ağ Evdə keçirilən mərasimə qatılmışdılar.

2012-ci ildə vəfat etmiş Armstrong Aya ilk qədəm basan astronavt olmuşdu.

Onun ardınca Ay səthinə Aldrin çıxmışdı. Collins isə missiyanın komanda modulunda idi.

Virtualaz.org

Trump: “Birbaşa Marsa uçmaq lazımdır”