Türkiyənin Mersin şəhərində tələbə qızın qətlə yetirilməsilə bağlı minlərlə qadın müxtəlif şəhərlərdə etiraz aksiyaları keçirib.
Foto : Öldürülən “Özgecan Arslan”
Məlumatlara görə tələbə qız onu zorlamağa cəhd edən avtobus sürücüsünə müqavimət göstərib.
Mersin şəhərinin polisi 20 yaşlı Özgecan Aslanın yanmış cəsədini çay qırağında cümə günü aşkar edib.
Hadisə ilə bağlı 3 nəfər həbs olunub – mikroavtobus sürücüsü, onun atası və dostu.
Türkiyə prezidenti və baş naziri mərhumun ailəsinə telefon açaraq başsağlığı bildiriblər.
Baş nazir Əhməd Davudoğlu cinayəti törədənlərin müəyyən olunub cəzalandırılacaqlarını söz verib.
Psixologiya üzrə ixtisaslaşan tələbə qız Özgecan Aslan çərşənbə günü evinə yollanarkən oğrlanmışdı.
Məlumatlara görə, mikroavtobus sürücüsü tələbə qızı zorlmaq cəhdi edərkən, Ozgecan Aslan bibər qazı balonunu işə salaraq həmin adama müqavimət göstərib.
Özgecan Aslanın bıçaqlandığı və baş nahiyəsindən dəmir boru zərbəsi aldığı bildirilir.
Qətlin qəddarlığı Türkiyə boyu kütləvi etitrazlara səbəb olub.
Minlərlə qadın şənbə günü Ankara, İstanbul, Mersin və ölkənin digər şəhərlərində etiraz aksiyaları keçirib.