İçeriğe geçmek için "Enter"a basın

Erməni qızlarının Şuşanın Cıdır düzündə moda nümayişi (VİDEO, FOTO)

31-08-2015

15:00 xeber – Rusiyalı iş adamı, fermer German Sterliqovun həyat yoldaşı Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında – Şuşanın Cıdır düzündə moda nümayişi təşkil edib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Alyona Sterliqova bu haqda Rusiya mətbuatına özü danışıb. Moda nümayişi dünən – avqustun 29-da keçirilib. Alyona Sterliqova pambıq və ipək parçalardan hazırlanmış donları nümayiş etdirib.

Fermerin həyat yoldaşı bildirib ki, geyimləri Ermənistan pulu ilə 60-120 min dram (təxminən 124-248 ABŞ dolları) arası qiymətə satmaq niyyətindədir.


Erməni qızların Alyona Sterliqovanın paltarları ilə Şuşada çəkdirdiyi şəkillər

Alyona Sterliqovanın Şuşada gördüyü işlər haqqında German Sterliqov özünün vkontakte sosial şəbəkəsindəki səhifəsində də kifayət qədər video görüntülər, şəkillər, xəbərlər paylaşıb.

Alyona Sterliqovanın Şuşada təşkil etdiyi nümayişdən video görüntü


Erməni qızların Alyona Sterliqovanın paltarları ilə Şuşada çəkdirdiyi şəkillər


Erməni qızların Alyona Sterliqovanın paltarları ilə Şuşada çəkdirdiyi şəkillər

German Sterliqov iyul ayında Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa getmişdi. O, burada keçirdiyi mətbuat konfransında Qarabağla Rusiyanı yaxınlaşdırmaq istədiyini bildirmişdi.

Bununla belə o, avqustun 3-də gecə Rusiyaya qayıtmaq istəyib. Lakin “İnterpol”un Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Milli Mərkəzi Bürosu onun tutulub istintaqa cəlb edilməsi üçün axtarış apardığına görə, vəkili ona Rusiyaya getməməyi məsləhət görüb. Yalnız İnterpol axtarışı dayandırandan sonra rusiyalı fermer Rusiyaya qayıdıb.

Axtarışın dayandırılmasını isə siyasi motivlərlə əlaqələndiriblər. “Bu, İnterpolun nizamnaməsinə ziddir. İnterpol komissiyası Sterliqovun Azərbaycan tərəfindən siyasi təqib edildiyini tanıyıb. Təxminən 10-15 gün ərzində Sterliqovun adın İnterpolun axtarışlar bazasında olub. Avqustun 21-dən isə onun beynəlxalq axtarışı dayandırılıb”, – deyə Sterliqovun vəkili bildirib.

Azərabycanın işğal edilmiş ərazilərinə getdiyinə, orada fəaliyyət göstərdiyinə görə German Sterliqov Azərbaycanın “qara siyahısı”na salınıb. İyulun 22-də isə “Moskovski komsomolets” qəzetində Andrey Zavyalovun “Azərbaycan səfiri Bülbüloğlu Sterliqovun Qarabağa səfərinin nəticələrindən danışıb” adlı açıqlaması dərc olunub.

mənbə :
anspress

3 Yorum

  1. ekberli 31/08/2015

    allah butun azerbaycanlilara butun azerbaycan xalqina sebir versin

  2. mina 14/09/2015

    ozge atina minen tez dusar,demisler.insaallah torpaqlarimiz zibillerden temizlener.2 il de dozsaq qarabagi irevanla bir yerde alacagiq.qeyretli ogullarimiza ask olsun.

  3. vusal mahmudov 26/01/2016

    Allah bize sebr vermesin Yoxsa o hemenki atlari surecekler yavaş-yavaş bu tereflerre

Yorumlar kapatıldı.

Ermeni qızlarının Şuşada moda nümayişi – Foto