İçeriğe geçmek için "Enter"a basın

Türkiyədə parlament seçkiləri yenidən keçiriləcək

25-08-2015

turkiyesecimiAzadliq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Konstitusiyasının 104 və 116-cı maddələrinə əsasən parlament seçkilərinin yenidən keçirilməsi barədə qərarı təsdiqləyib.

Türkiyə KİV-i xəbər verir ki, prezident bu qərarını TBMM-nin sədri İsmət Yılmazla görüşündən sonra açıqlayıb. Prezidentin rəsmi saytında yerləşdirilən məlumata görə, Ərdoğan sabah yerli vaxtla 11:00-da Baş nazir Əhməd Davudoğu ilə təkrar görüşəcək.

Xatırladaq ki, Türkiyə Mərkəzi Seçki Komitəsi (Yüksək Seçki Kurulu) təkrar seçkinin noyabrın 1-də keçirilməsi barədə qərar çıxarmışdı.

Türkiyədə parlament seçkiləri yenidən keçiriləcək