İçeriğe geçmek için "Enter"a basın

Ermənilər çox sayda itki verdi

11-02-2015

ermeni

Azadlıq.az – Ermənistan Ordusunun bölmələri təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin mövqelərinə hücuma keçməyə cəhd göstərib.
Azadliq.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, şəxsi heyətin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi, görülən qabaqlayıcı tədbirlər nəticəsində 2 kəşfiyyat-təxribat qrupunun qarşısı qətiyyətlə alınıb.
Təxribat zamanı Ermənistan tərəfinin xüsusi təyinatlı dəstəsinin komandiri, zabit Tiqran Simonyan da daxil olmaqla bir neçə əsgəri məhv edilib.
Ermənistanın xüsusi təyinatlı dəstəsinin komandiri də daxil olmaqla çoxsaylı itkilər verən kəşfiyyat-təxribat qrupu geri çəkilməyə məcbur olub. Düşmən tərəfdən xeyli sayda yaralı var.Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib və cəbhə xəttində vəziyyətə tam nəzarət edir.

Azadliq.az

Ermənilər çox sayda itki verdi