İçeriğe geçmek için "Enter"a basın

Yaşasaydı bu gün 31 yaşını qeyd edəcəkdi…

16-08-2015

rasimeliyevadgunuBu gün mərhum jurnalist Rasim Əliyevin doğum günüdür.

Azadlıq.az-ın məlumatına görə, Rasim yaşasaydı, 31 yaşını qeyd edəcəkdi. Bu gün jurnalistin ailə üzvləri, yaxınları, dostları onu məzarı başında – Mehdiabad qəbiristanlığında yad ediblər.

Xatırladaq ki, avqustun 8-də “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynovun qohumları və dostları tərəfindən döyülən jurnalist Rasim Əliyev avqustun 9-da ölüb. Faktla bağlı cinayət işi açılıb. Cavid Hüseynov barədə təqsirləndirilən şəxs qismində 3 aylıq həbs qərarı verilib.

Cavid Hüseynov jurnalistin döyülməsində birbaşa iştirak etməsə də, onun Elşən İsmayılov adlı futbolçu olan bibisi oğlu, Camal Məmmədov ad-soyadlı digər futbolçu Rasim Əliyevin döyülməsində ittiham olunurlar.

Fotolar musavat.com-a məxsusdur:
rasimeliyev2
rasimeliyev3
rasimeliyev4

Bir yorum

  1. mina 19/08/2015

    eziz qardasim rasim.allah mekanini cennet etsin.senin kimi qehreman ogullari olan memleket hec vaxt basilmaz.halal olsun sene.sen sehid oldun.sehidler olmurler.sene el qaldiranlar oludurler.cehennem onlari gozleyir.hesab vaxti var.

Yorumlar kapatıldı.

Yaşasaydı bu gün 31 yaşını qeyd edəcəkdi…