İçeriğe geçmek için "Enter"a basın

Saxta diplomlar aşkarlandı

11-02-2015

diplom

“Azərbaycandan saxta diplom ala bilərim ” düşüncəsinə bu xəbər gözəl bir cavabdı. Azadliq.az -bu barədə xəbərlər yazmışdı. Belə məlumatların yazılması Azərbaycanın milli mənafeyi nəzərindən vacibdir.
Tələbə-məzun” Dövlət Elektron Məlumat Sisteminə 1992-2014-cü illər ərzində 2 460 557 şəxs haqqında məlumat daxil olub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sədri Məleykə Abbaszadə “Abituriyent” jurnalının 12-ci sayının təqdimatında deyib ki, bu illər ərzində onlardan 23 min tələbə TQDK tərəfindən heç bir ali məktəbə qəbul olunmamış şəxslərdir.

TQDK sədri qeyd edib ki, bu hallar onlar magistratura və ya diplomdan sonrakı digər qəbul imtahanlarında iştirak etmək üçün sənəd verdikdə aşkar olunub. Onun sözlərinə görə, hesabat ili dövründə – 2014-cü il ərzində komissiyaya müxtəlif qurumlardan daxil olan sorğularda 4900 insan haqqında məlumat istənilib: “Onlardan 1500-nün bizim tərəfdən heç bir yerə qəbul olunmaması aşkar olunub. Bu il ərzində dövlət qulluğu və ona bərabər statuslu imtahanlarda iştirak etmiş 7800 şəxsdən 1200 nəfəri ali təhsil haqqında diplom təqdim etməsinə baxmayaraq, bizim tərəfimizdən heç yerə qəbul olunmayıblar. Bu il magistratura və rezidenturaya sənəd vermiş 26 min nəfərdən 618-i TQDK tərəfindən heç bir yerə qəbul olunmayıb. Onlar müxtəlif yollarla – daxili köçürmələr, bərpa, xaricdən köçürmələr vasitəsilə ali məktəblərdə təhsil alıblar. Bundan başqa, onların arasında 27 nəfərin saxta diplom təqdim etdiyi məlum olub. Bu saxta diplomlar Təhsil Nazirliyi tərəfindən verilməyib”. /APA/
Azadliq.az

5 Yorum

  1. Gunduz 08/03/2015

    hecde tecublu deyil. saxda diplomlarla hal hazirda isbasinda olanlar coxdur?
    bu Azerbaycanin gizli qanununda var?
    Ozmuzu bos yere oymuruk biz buyuq?
    GORUN SAXDA DIPLOM ALAN ISBASINDADISA. GUNMUZE DEVRANMIZA BAXIN AY MILLET?

  2. Gunduz 08/03/2015

    Yegane Miletiyki pulu verib usaga oxuma deyirik?
    Diplom pulanda alinar oznu yorma?
    Hansi irelemek den hansi temelden hansi savatdan DANSIRSINIZ?Bele getse Terifin Axiri Axirda qlar?

  3. Gunduz 08/03/2015

    Adi Telebedir seher mekdebe Gedirler? bilmirsen?
    MEKDEBE GEDIR YOXSA BULVARA YAXUT TOYAMI GEDIR?
    TELEBE FORMASI TELEBE SUFATI YOXDU YA OGLANINDA NEDE QIZINDA QULAQINDA QULAKCICCCC DEFTERI ARXA CIBINDE MELIM HARYA BAXIR VALIDEYIN HANSI CEHENEMEDIR TESIL NAZIRI HARDA NEZIR YIGIR YAZIQ YAZIQ BU MILLETE YAZIQ?

  4. Gunduz 08/03/2015

    Tesil Bu Tempde Davam Ederse eyer? qul deyilde kolelikdir bu milletin Davamcilari?

  5. aristotel 04/04/2015

    diplomun saxta olmaslnl nece bilmek olur

Yorumlar kapatıldı.

Saxta diplomlar aşkarlandı