İçeriğe geçmek için "Enter"a basın

“Dərman mafiyası”nın üzvləri azadlıqda – Məhkəmə qərarı

20-03-2019


[r32]
Bakı Ağır Cinayətlər Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin sabiq rəisi Fikrət Qədiməliyev, müavini Fərman Məmmədli və digər şəxslərin məhkəməsi keçirilib.

Azadliq.az-ın “qafqazinfo.az”a istinadən verdiyi xəbərə görə, dövlət ittihamçısı çıxış edərək Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, general Fikrət Qədiməliyevin 6 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında qandallanmasını istəyib.

Ev dustaqlığında olan Elnur Məmmədova şərti cəza verilməsini, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi müavini Fərman Məmmədlinin 5 il 6 ay, Vasif Xıdırov, Cəmil Mehtiyevi və Atəş Atanurun 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələrini, həbsdə olan Əlamət Quliyev və Anar Məmmədova şərti cəza təyin edilməsini və məhkəmə zalından azadlığa buraxılmalarını istəyib.

***

Məhkəmə kollegiyasının hökmü ilə bütün təqsirləndirilən şəxslərə şərti cəza verilib. Həbsdə olan şəxslər məhkəmə zalından azadlığa buraxılıb.

“Dərman mafiyası”nın üzvləri azadlıqda – Məhkəmə qərarı