İçeriğe geçmek için "Enter"a basın

Hamamda mobil telefon faciəsi

10-02-2015

telefon

Mobil telefon yenə bir can aldı. Hadisələr fərqli olsada nəticə eynidir.
Rusiyanın paytaxtı Moskva şəhərinin cənubunda mobil telefon bir qadının həyatına son qoyub.
Bu haqda məlumatı Rusiyanın NTV telekanalı yayıb. Faciəli hadisə “Naqatinskaya naberejnaya” küçəsində yerləşən 48 saylı evdə baş verib. Evin gənc sahibəsi vannada çimərkən mobil telefon suya düşüb və elektrik cərəyanı onu öldürüb. Moskvanın hüquq-mühafizə orqanları bu faktı təsdiq edib: “Suya düşən telefon həmin vaxt elektrik cərəyanı yığırmış. Qadının ölümünə də məhz bu səbəb olub”.
Hazırda faktla bağlı araşdırma aparılır.
Azadliq.az
Hamamda mobil telefon faciəsi