İçeriğe geçmek için "Enter"a basın

UEFA Qarabağ futbol klubunun e’tirazına cavab verdi

10-02-2015

uefa

Sabah Azərbaycan çempionu apellyasiyaya müraciət edəcək.
UEFA “Qarabağ” futbol klubuna etirazının səbəbini açıqladı.
Oxu.az xəbər verir ki, klubu təmsil edən türk vəkili Qürur Qaye Günalın sözlərinə görə, UEFA-da “oyundankənar” vəziyyətin müəyyənləşdirilməsi arbitrlərin preroqatividir.
“Oynanılmamış 48 saniyəyə gəldikdə isə, Avropa məmurları bu halda da qınayıcı heç bir şey görmədilər.
“Gəlin, “İnter”in qapısına qol anını bərabər izləyək. Hesaba alınmamış qoldan sonra oyun davam etdirilibmi? Xeyr! Videofraqmentlərdə inandırıcı nə ola bilər ki? UEFA-da sanki başqa matça baxıblar. Sabah apellyasiyaya veririk!” – hüquqşünas deyib.
Xatırladaq ki, fevral ayının 5-də UEFA Azərbaycan klubunun Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda İtaliyanın “İnter”i ilə matçının nəticələrinə dair etirazını qəbul etməyib. Həmin oyunda ikinci tayma əlavə edilmiş vaxtda arbitrin Çexiya briqadası dəhşətli səhvə yol verərək, “Qarabağ”ın qolunu hesaba almayıb.
Nəticədə matç 0:0 hesabı ilə başa çatıb və “Qarabağ” Avropa Liqasına 1/16 finalına çıxaraq 2-ci yeri tutan Ukraynanın “Dnepr” komandasını xal hesabı ilə keçə bilməyib.
“Qarabağ” etiraz ilə müraciət edib, hakim briqadasının qol epizodunda səhvindən başqa, baş hakimin əlavə edilmiş dörd dəqiqə bitmədən oyunu sona çatdırması səhvi də yer alır.
Amma UEFA “Qarabağ”ın etirazını təmin etməyib. 5 gün ərzində bu qərarı protest etmə hüququna malik olan Azərbaycan çempionu apellyasiyaya şikayətlə müraciət edib.
Bununla yanaşı fevralın 19-da Avropa Liqasının 1/16 finalının ilk matçları keçiriləcək. “Dnepr” Ukraynada Yunanıstanın “Olimpiakos”unu qəbul edəcək.
UEFA Qarabağ futbol klubunun e’tirazına cavab verdi