Avropa Birliyi komissiyası sözçüsü Maja Kocijancic Türkiyədə media mənsublarının həbsindən narahat olduqlarını dilə gətirib.
M.Kocijancic, 14 dekabr əməliyyatında “Zaman” qəzetinin baş yazarı Əkrəm Dumanlı və Samanyolu TV-nin yayım qrupu rəhbəri Hidayət Karacanın həbsi ilə bağlı AB komissiyasının araşdırmalar apardığı qeyd edilib.
Xatırladaq ki, Avropa Birliyi oktyabrın 8-də Türkiyədə media azadlığının məhdudlaşdırıldığı ilə bağlı bəyanat vermişdi.