İçeriğe geçmek için "Enter"a basın

Ermənistan təyyarəsində azərbaycanca nitq

10-02-2015

Ermenistan_uçağı

Dünən gecə “Aeroflot” şirkəti tərəfindən həyata keçirilən SU 1866 saylı Moskva-İrəvan reysində azərbaycanca nitq səslənib.   Axar.az xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurda” qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, rus dilindən sonra sərnişinlərə azərbaycanca məlumat verilib.   Bu hadisə sərnişinlər arasında çaxnaşmaya səbəb olub. Onlar bunun əvvəlcədən planlaşdırıldığını və təyyarənin Bakıya qaçırıldığını zənn ediblər.   Lakin ekipaj üzvləri hadisənin texniki səbəbdən baş verdiyini izah edərək sərnişinləri sakitləşdiriblər.

Azadliq.az

Ermənistan təyyarəsində azərbaycanca nitq