İçeriğe geçmek için "Enter"a basın

Hava şarları ilə internet veriləcək – Dünyada ilk

01-08-2015

srilankainternetgoogle
Google(Quqıl) internet şirkəti Şri-Lanka sakinlərini hava şarları vasitəsilə yüksəksürətli internetlə təmin edəcək.

Azadlıq.az-ın axar.az-a istinadən verdiyi xəbərə görə, xəbər verir ki, şəbəkəyə giriş Hind okeanı üzərində buraxılan hava şarları ilə həyata keçiriləcək. Bütün Şri-Lanka adası cənubdan şimala doğru “Google Loon” metodikasının köməyi ilə yüksəksürətli internetlə təmin ediləcək. Bununla Şri-Lanka Cənubi Asiyanın internetlə tam əhatə olunan ilk ölkəsi olacaq. Hava şarlarına həmçinin yerli internet provayderləri qoşulacaq ki, bu da onlar tərəfindən təqdim edilən rabitə xidmətlərinin sürətini və keyfiyyətini artıracaq. 2016-cı ilin martında hazır olacaq aerostatlar kommersiya təyyarələrinin uçuş səviyyəsini iki dəfə üstələyən yüksəkliyə qaldırılacaq.

Şri-Lanka sakinlərinin internet çıxışı ilə təmin edilməsi “Project Loon” proqramının tərkib hissəsidir. Proqram çərçivəsində “Google” günəş batareyalarından qidalanan yüksək texnologiyalı avadanlıqla təchiz edilmiş aerostatlar vasitəsilə internetin paylanmasını həyata keçirir. Şirkət nümayəndələrinin sözlərinə görə, layihə Yer kürəsinin ucqar və ya yoxsul regionlarının sakinlərini internetdən yararlanmaq imkanı ilə təmin edəcək. İnternetin sürəti üçüncü nəsil mobil şəbəkələrində olduğu kimi olacaq. Bu layihəsinin sınaqları 2013-cü ildə Yeni Zelandiyada keçirilib. “Google” Kenterberi regionunda yerli sakinlərdən olan 50 könüllünü internetlə təmin edən 30 şar buraxıb.

Hava şarları ilə internet veriləcək – Dünyada ilk