İçeriğe geçmek için "Enter"a basın

İŞİD ilə Türkiyə arasında atışma : 1 Türk əsgəri şəhid oldu, 2 yaralı var

23-07-2015

turkesgeriTürkiyə-Suriya sərhədində gərginlik davam edir. Sərhəddə yerləşən Kilis şəhəri ərazisində “İŞİD” terrorçuları ilə Türkiyə əsgərləri arasında atışma baş verib.

Azadlıq.az-ın “Hürriyət”ə istinadən verdiyi məlumata görə, Kilisin Əlbəyli rayonu ərazisində, Suriya ilə sərhəddə keşik çəkən türk əsgərlərinə Suriyada “İŞİD”in nəzarətində olan ərazidən atəş açılıb. Nəticədə 1 əsgər şəhid olub, 2-si yaralanıb.

Hadisənin bir qrup “İŞİD” üzvünün Türkiyəyə keçməyə cəhd göstərərkən baş verdiyi, terrorçuların ölkəyə keçməsinə imkan verməyən əsgərlərin iriçaplı silahlardan atəşə məruz qaldığı bildirilir. Türkiyə hərbçilərinin cavab atəşi açdığı və 1 “İŞİD”çinin öldürüldüyü xəbər verilir.

Bölgəyə əlavə qüvvələr göndərilib.

İŞİD ilə Türkiyə arasında atışma : 1 Türk əsgəri şəhid oldu, 2 yaralı var