İçeriğe geçmek için "Enter"a basın

Mixeil Saakaşvili hasarları dağıtdı – Video

21-07-2015

hasarlaridagitdiUkraynanın Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili şəhər çimərliklərini “zəbt” edən, hasarlar çəkərək “özəlləşdirən” iş adamlarına qarşı mübarizəsini davam etdirir.

Azadlıq.az Milli.Az-a istinadən bildirir ki, Mixeil Saakaşvili dünən Odessa milisi, Fövqəladə Hallar Xidmətinin əməkdaşları ilə birlikdə Ukrayna Regionlar Partiyasının sabiq funksioneri, milyonçu Vasili Xmelnitskinin “Delfin” çimərliyindəki pansionatına yollanıb. “Zelyonıy Bereq” adlı bu pansionat “Delfin” və “Çkalov” çimərlikləri arasındakı ərazini tam qəsb etmiş, dəniz sahilini hasarlamışdı.

M.Saakaşvilinin göstərişi ilə fəhlələr buldozerlə çimərlikdəki hasarı dağıdıblar.

“Buradakı bəzi adamlar çimərliklərə hasarlar çəkir, divarlar hörürlər. Həmin hasarların, divarların hamısı uçurulacaq. Çünki belə tikililər Odessanın turizm mərkəzinə çevrilməsinə, yerli sakinlərin normal istirahətinə mane olur”, – M.Saakaşvili deyib.

2 Yorum

  1. Ruslan 27/07/2015

    Misa zor oglandi, halaldi ona!!!! Yaxsi jlardi gelib bir az da Bakinin meri isleyerdi, belke biz de rayondan Bakiya gelende das hasarlara baxib gozumuz yorulanda dir az da olsa denize baxa bilerdik?????!..

  2. Ruslan 27/07/2015

    Mexaniki sehvlere gore uzr isteyirem: Yaxsi olardi ve bir az ifadeleri sehv gedib.

Yorumlar kapatıldı.

Mixeil Saakaşvili hasarları dağıtdı – Video