17:36 xeber – Azərbaycan əsgəri günvurmadan dünyasını dəyişməyib.
Azadlıq.az xəbər verir ki, anspress-in məluamatına görə, Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bəzi kütləvi informasiya vasitələrində Silahlı Qüvvələrin hərbi qulluqçusu əsgər İmanov İman Fətəli oğlunun guya günvurmadan dünyasını dəyişməsi barədə məlumatlar yayılıb:
“Əslində isə tibbi ekspertizanın ilkin rəyinə əsasən əsgər İ.İmanov 15 iyul 2015-ci il tarixdə baş beyin kötüyündə törəmə (şiş) olması səbəbindən huşunu itirib. Dərhal tibbi yardımın göstərilməsinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb”.
Faktla əlaqədar hazırda müvafiq qaydada araşdırma aparılır.
Mərhum əsgər İman İmanov
Qeyd edək ki, bəzi kütləvi informasiya vasitələrində əsgər İmanov İman Fətəli oğlunun günvurmadan dünyasını dəyişdiyi bildirilirdi.
Əsgər İman İmanov Naxçıvan Türk Liseyinin məzunu olub. Ali təhsilini Türkiyənin ən prestijli universitetlərindən olan İstanbul Texnik Universitetində alıb.
Allah rəhmət eləsin.