İçeriğe geçmek için "Enter"a basın

Moskvada 160 min müsəlmanın bayram namazı

18-07-2015

bayramnamazi4

160 minə yaxın adam Moskvada, Ramazan bayramına həsr olunmuş tədbirlərdə iştirak edib.

Azadlıq.az BBC-yə istinadən xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə baş idarəsi bildirib.

İctimai asayişin qorunması və təhlükəsizlik məqsədilə 4 min polis işçisi cəlb olunub, heç bir insident qeydə alınmayıb.

bayramnamazii

Ramazan bayramının keçirilməsi ilə əlaqədar Moskvanın bir neçə küçəsində hərəkət dayandırılıb. Moskva mərkəzi məscidi və Böyük Tatar küçəsindəki məscid arasında maşınların hərəkəti məhdudlaşdırılıb.

Bu il Moskva hakimiyyəti müsəlmanlara namaz qılmaq üçün beş müvəqqəti məkan ayırıb.

Moskvada 160 min müsəlmanın bayram namazı