İçeriğe geçmek için "Enter"a basın

Prezident tapşırdı, nazirlik hazırlıq görməyə başladı

14-07-2015

visaisiPrezidenti İlham Əliyevin Nazirlər Kabineinin dünən keçirilən iclasında viza problemləri ilə bağlı tənqidindən sonra Xarici İşlər Nazirliyi hərəkətə keçib.

Azadlıq.az Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin sözlərinə görə, ölkə başçısının Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda verdiyi tapşırıqların icrası ilə əlaqədar olaraq, Xarici İşlər Nazirliyi tərəfindən viza rəsmiləşdirilməsi prosesinə cəlb olunmuş digər aidiyyəti nazirlik və dövlət qurumları ilə birlikdə“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin viza alt sisteminin təkmilləşdirilməsi, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi və viza sorğularına baxılması müddətinin qısaldılması üçün təkliflər ən yaxın günlərdə təqdim ediləcək: “Azərbaycan Respublikası Prezidentinin Vizaların verilməsi işinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında 20 noyabr 2014-cü il tarixli 882 nömrəli sərəncamı əsasında viza rəsmiləşdirilməsi prosesinə cəlb edilmiş aidiyyəti nazirlik və dövlət qurumlarının iştirakı ilə işçi qrup fəaliyyət göstərir. İşçi qrupunun dörd iclası keçirilib və bununla bağlı müvafiq tədbirlər görülməkdədir. Hal-hazırda diplomatik nümayəndəliklərdə viza sistemi ilə bağlı yeni avadanlıqların quraşdırılması prosesi də həyata keçirilir”.

Prezidentin sözügedən çıxışının videosunu təqdim edirik:

Bir yorum

  1. araz 14/07/2015

    feqet başıyza dolanım bu irannılara viza tetbiq eleyin amandi o taya gelib eliyen olmasın
    vizanıda verende tez vermeyin pis örgeneller qoyun bir iki ay avara qalsınnar
    xulase elizden gelen eziyeti eleyin
    dünya iki günluxdi
    o iki günde yalan doğri deyiller fanidi

Yorumlar kapatıldı.

Prezident tapşırdı, nazirlik hazırlıq görməyə başladı