Azadlıq.az-ın “ans press”ə istinadən verdiyi xəbərə görə, “Sputnik”-in işə başlaması Azərbaycan hökumətinin son illərdə xarici radiolara qarşı tutduğu siyasətdə qəfil dəyişmə kimi dəyərləndirilə bilər. Məsələ bundadır ki, 2010-cu ildə Azərbaycanda “Azadlıq” radiosunun, “BBC”nin və “Amerikanın səsi” radiosunun yayımı dayandırılmışdı. Həmin vaxt bağlanan radiokanallar sırasına Rusiyaya məxsus “Yevropa plyus Baku” da daxil edilmişdi. İndi isə göründüyü kimi, yalnız rus radiosu Bakıya qayıdır.
Yəni bu məsələdə birtərəfli yanaşma özünü göstərir. Amma problem təkcə bununla bitmir. Məsələ bundadır ki, 31 dekabr 2013-cü il tarixdən “Sputnik”radiosunun daxil olduğu “Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin baş redaktoru erməni əsilli jurnalistMarqarita Simonyandır. Simonyan Rusiyadakı erməni icmasının ən fəal nümayəndələrindən biridir. Ermənistan qarşısında göstərdiyi “xidmətlərə” görə 2010-cu il noyabrın 18-də Ermənistan prezidenti Serj Sarkisyan Marqarita Simonyanı “Movses Xorenasi” medalı ilə təltif edib.
35 yaşlı Marqarita Rusiayanın 100 ən nüfuzlu qadınları siyahısında 33 yerdədir.
Marqarita Simonyan uydurma erməni soyqırımının ən məşhur təbliğatçılarından biridir. Bir-iki il qabaq onun Krımda yaşamış nənəsinin qohum əqrabasını Türkiyədə türklər tərəfindən necə qətl edilməsi barədə uydurduğu tvit bütün rusdilli mətbuatda yayılmışdı.
Yəni Marqaritanın kimliyi göz qabağındadır. Rusiya rəsmiləri ilə keçirdiyi debatlarda həmişə Qarabağ məsələsində Ermənistanın xeyrinə yönləndirici suallar verib. Əks halda, boş yerdən Sarkisyan onu mükafatlandırmazdı.
Bəlkə də, adi vəziyyət olsa idi ölkədə fəaliyyət göstərən hansısa radionun baş redaktorunun erməni olmasının elə də bir əhəmiyyəti olmazdı. Amma Ermənistanla müharibə şəraitində olduğumuz, torpaqlarımızın 20 faizinin Ermənistan ordusu tərəfindən işğal olunduğu, 1 milyon azərbaycanlının həmin ordu tərəfindən ev eşiyindən didərgin salındığı bir şəraitdə Serj Sarkisyanın mükafatlandırdığı bir şəxsə Bakıda necə şərait yaratmaq olar?
marqarita redd ol bakidan murdar ermeni.
Meger Bakida o dili yaxshi bilen savadli, obyektiv bir-iki azeri tapilmadi? Marqaritanin yazisi bir daha subut edir ki, Qara denizin shimali, shimali Qafqaz uch esr once Turk sultanliginin elinden alinmish erazilerdir