İçeriğe geçmek için "Enter"a basın

Ruhanidən Trampın görüş təklifinə cavab

01-08-2018

İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbəri Məhəmməd Əli Cəfəri ABŞ prezidenti Donald Trampın iranlı həmkarı Həsən Ruhani ilə görüşmək təklifinə cavab verib.

Qafqazinfo”nun “Röyters” agentliyinə istinadən məlumatına görə, Cəfərinin Trampa cavabı sərt olub:

“Cənab Tramp! İran Şimali Koreya deyil və heç vaxt sizin görüş təklifinizi qəbul etməyəcək!”.

Xatırladaq ki, Tramp İran hökuməti arzu edərsə, Ruhani ilə görüşə biləcəyini demişdi.

Ruhanidən Trampın görüş təklifinə cavab