Bu gün Yunanıstanda hökumətin beynəlxalq kreditorlarla olan borcları ilə əlaqədar referendum keçirildi.
Onlar bu gün kreditorların şərtlərini qəbul edərək “kəmərləri sıxma” siyasətini davam etdirib, etdirməməklə bağlı qərar verəcəklər. Lakin sorğuda seçicilərə cavab verməkdən imtina imkanı da yaradılıb.
Bu mövzuda əhalinin fikri də müxtəlifdir. Hakimiyyət insanları “yox” deməyə çağırır. Onlar kreditorlarla razılaşmağın digər yollarını axtarmağı təklif edir. Lakin insanların indiki hakimiyyətə güvənmədiyini və beynəlxalq kreditorları dəstəklədiyini də görmək mümkündür.
Keçirilən referendumun ilkin nəticələri məlum olub.
Referendumda iştirak edən yunanların 61,35 faizi kreditorların tələblərinə “yox” deyib, Seçicilərin 38,65 faizi isə “hə” deyə cavab verib.
Qeyd edək ki, Yunanıstanın böhranlı vəziyyətdən çıxması üçün Beynəlxalq Valyuta Fondu, Avropa Mərkəzi Bankı və Avropa Birliyinə olan borclarını ödəməli və 2018-cu ilə qədər 56 milyard dollar məbləğində yeni kredit müqaviləsi bağlamalıdır.