İçeriğe geçmek için "Enter"a basın

“Azərişıq”dan kəsintisi ilə bağlı – Məlumat

13-07-2018

[r32]

Bakının bir çox ərazisinə elektrik enerjisinin verilməsi dayanıb.

Azadliq.az xəbər verir ki, enerji kəsintisinin səbəbi açıqlanmayıb.

***

Azərenerji ASC-nin mətbuat katibi Yəhya Babanlının Axar.az-a verdiyi məlumata görə, Ağsu rayonu Bico kəndi ərazisindən keçən yüksək gərginlikli elektrik verilişi xətlərinin altında taxıl zəmilərində baş vermiş yanğın nəticəsində elektrik enerjisi təminatında müəyyən məhdudiyyətlər yaranmışdır.

Y.Babanlı təhlükə aradan qalxdıqdan sonra elektrik enerjisinin bərpa ediləcəyini bildirib.

***

“Azərenerji” ASC-yə məxsus 500 kVt-luq Abşeron yüksək gərginlikli hava elektrik verilişi xətlərinin Ağsu rayonu Bico kəndi ərazisində yanğın baş verib və nəticədə Bakı şəhəri, Abşeron yarımadası və regionlarda elektrik enerjisi təchizatında 27% həcmində məhdudiyyət tətbiq olunub.

Axar.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

”Azərişiq” ASC öz şəbəkələri vasitəsilə I kateqoriyalı obyektlərin–Bakı Metrosu, Heydər Əliyev hava limanı, su-kanalizasiya, xəstəxanalar, dövlət əhəmiyyətli obyektlərin elektrik enerjisi təchizatında məhdudiyyətlər tətbiq etməyib, hazırda həmin obyektlər elektrik enerjisi ilə tam təmin olunurlar.

“Yaranmış narahatçılığa görə ”Azərişiq” ASC istehlakçılarından üzr istəyir”, – deyə məlumatda vurğulanıb.

“Azərişıq”dan kəsintisi ilə bağlı – Məlumat