İçeriğe geçmek için "Enter"a basın

“Gürcüstan NATO-ya üzv olacaq”

12-07-2018

Giorgi Margvelashvili (solda) və Jens Stoltenberg
(solda) Giorgi Margvelashvili və (sağda) Jens Stoltenberg

Baş katib Gürcüstanı NATO-nun vacib tərəfdaşlarından biri adlandırıb, bu tərəfdaşlığın tərəfləri daha təhlükəsiz etdiyini vurğulayıb.

“Sizi üzvlüyə hazırlamaqdan ötrü işi davam etdirəcəyik. İslahatlarla bağlı əldə etdiyiniz proqres bizi təəssüratlandırır. Sizi bu işi davam etdirməyə çağırırıq”, – o deyib.

GÜRCÜSTANIN HƏDƏFİ

Stoltenberg NATO-nun Polşadakı Təlim Mərkəzi ilə Tbilisidəki NATO-Gürcüstan Birgə Təlim Mərkəzi arasında sıx əməkdaşlıqdan məmnunluğunu dilə gətirib. O, Gürcüstana Qara dəniz regionunda sabitliyə verdiyi töhfəyə görə təşəkkürünü bildirib. Baş katib hərbi alyansın Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Petro Poroshenko və Jens Stoltenberg
Petro Poroshenko və Jens Stoltenberg

Margvalashvili martda AzadlıqRadiosu-na deyirdi ki, Gürcüstanın hədəfi NATO-nun tam üzvü olmaqdır. Amma ölkənin xarici işlər naziri Tengiz Pkhaladze ötən həftə Brüssel sammitində üzvlüyə dəvət almaq şanslarının az olduğunu söyləyib. Onun deməsinə görə, Tbilisinin məqsədi “alyansın diqqətini üzləşdiyi təhlükəsizlik problemlərinə çəkmək”dir.

Ukrayna prezidenti Petro Poroshenko-ya müraciətində Stoltenberg söyləyib ki, bu ölkənin NATO-ya üzvlüyü uzunmüddətli hədəfdir və onu islahatları davam etdirməyə çağırıb. NATO baş katibi Rusiyanın Krımı ilhaq etməsini bir daha pisləyib, Ukraynanın suverenliyinə dəstəyini bəyan edib.

NATO-nun 2008-ci ildə Buxarest sammitində alyans liderləri Gürcüstan və Ukraynanın gələcəkdə bloka üzv olmasına razılaşıblar. O vaxtdan hər toplantıda iki ölkənin üzvlük perspektivi təsdiqlənir, di gəl, konkret tarix qoyulmur.

Alyans iyulun 11-də Makedoniyaya üzvlük dəvətnaməsi verib. Skopyenin NATO üzvü Yunanıstanla ad mübahisəsini həll edəndən sonra bloka qəbul ediləcəyi gözlənir.

“Gürcüstan NATO-ya üzv olacaq”