İçeriğe geçmek için "Enter"a basın

Türkiyə, Suriya işğalına mı hazırlaşır?

02-07-2015

suriyeturkiyeİngiltərənin tanınan qəzeti “Daily Telegraph” Türkiyənin Suriyanı işğal etməyə hazırlaşdığını yazıb.

Qəzetdə  “Türkiyə, İŞİD və kürdləri dayandırmaq üçün Suriya işğalına hazırlaşır” başlıqlı bir xəbər yayımlayıb.

Qəzetin Yaxın Şərq üzrə müxbiri Richard Spencerin imzasını daşıyan xəbərdə prezident Rəcəb Tayyib Ərdoğanın döyüş qaydalarında dəyişikliyi təsdiq etdiyi bildirilir.

turkiyeteyyare
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təsdiqiylə yeni qaydalara görə həm Əsəd rejimini, həm də İŞİD-i vurmağın mümkünlüyünü bildirən Spencer sözlərinə belə davam edib:

Türkiyənin məqsədi qaçqınlar üçün və İŞİD-ə qarşı bir bufer zona yaratmaq olduğunu və Prezident Ərdoğan bu hücumla cənubda bir kürd dövlətinin meydana gəlməsinin qarşısını almağa çalışdığı yazılıb.
Qeyd edək ki, Türkiyə son günlərdə Suriya ilə yaxın yerləşən şəhərlərində hərbi təyyarələrinin sayını artırır.

Türkiyə, Suriya işğalına mı hazırlaşır?