İçeriğe geçmek için "Enter"a basın

Saakaşvili şəhər merini rüşvətə görə işdən qovdu

30-06-2015

saakasvili
Ukraynanın Odessa vilayətinin Tatarbunar şəhər meri Viktor Şvets öz vəzifəsindən uzaqlaşdırılıb.

Azadlıq.az-ın musavat.com-a istinadən verdiyi xəbərə görə, bu qərarı Odessanın Primorsk Rayon Məhkəməsi qəbul edib. Bildirilir ki, merin bülletendə olması üzündən məhkəmə iclası iki dəfə təxirə salınıb.

Viktor Şvets rüşvət alarkən saxlanılmışdı. O, torpaq sahəsinin icarəyə verilməsi haqda qərara görə 16 min qriven aldığı zaman yaxalanıb. Bundan sonra 35 min qriven girov müqabilində azadlığa buraxılıb.

Qeyd edək ki, 30 May 2015 tarixində işə başlayan, Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili korrupsiyaya qarşı mübarizəni özünün əsas vəzifələrindən biri elan edib. Bu sırada o, Odessa Vilayət Prokurorluğunda özbaşınalığa, rüşvətxorluğa müharibə elan edib. “Mən sizə xalqı talamağa və alçaltmağa imkan verməyəcəyəm”, – deyə Sakaşvili prokurorlarla görüşdə xəbərdarlıq etmişdi.

Saakaşvili şəhər merini rüşvətə görə işdən qovdu