Oğuz rayon sakini nişanlısını bıçaqlayaraq qətlə yetirib. Azadliq.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Padar kəndində baş verib.
Oğuz rayon Kərimli kənd sakini, 1985-ci il təvəllüdlü İlkin Adil oğlu Rəsulov 1992-ci ildə Kəlbəcər rayonunun Zar kəndində anadan olan, hazırda rayonun Padar kəndində məskunlaşan məcburi köçkün Səbinə İsmayıl qızı Əhmədovanın yaşadığı evə gedərək orada Səbinə Əhmədova ilə mübahisə edib. Mübahisə zamanı İlkin Rəsulov üzərində gəzdirdiyi bıçaqla Səbinə Əhmədovaya 4-5 bıçaq zərbəsi vuraraq qətlə yetirib.
Hadisə yerini tərk edən İlkin Rəsulov Oğuz rayon Polis Şöbəsinə zəng edərək istintaqa könüllü təslim olub. İlkin araşdırma zamanı İlkin Rəsulov hadisəni qısqanclıq zəminində törətdiyini və Səbinə Əhmədova ilə nişanlı olduğunu bildirib. Məlumatda bildirilir ki, hadisə baş verən zaman Səbinə Əhmədova evdə tək olub. Hadisədən sonra evə gələn qızın anası, 1965-ci il təvəllüdlü Çimnaz Ramazan qızı Əhmədova qızının qətlə yetirilməsinə dözməyərək intihar etmək məqsədi ilə sirkə turşusu qəbul edib. Sirkə turşusundan zəhərlənən Çimnaz Əhmədova Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.
Şəki RMX-da Çimnaz Əhmədovaya lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Hazırda faktla bağlı Oğuz rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.
Azadliq.az
ALLAH SENE REHMET ELESN SEBINE. MEN BU XEBERI ESIDIB COX PIS OLDUM. NECE GUNDU OZUME GELEMIREM. SEN COX YAXSI INSAN IDIN YERIN MEKANIN CENNETLIK OLSUN BU DUNYADA GUN GORMEDIN INSALLAH ALLAH O DUNYANI VERER