Ermənistanın paytaxtı İrəvanda etirazçılar bir neçə dəqiqə əvvəl Fransa Meydanını bağlayıblar.
Azadlıq.az xəbər verir ki, bu barədə informasiyanı “1in.am” saytı yayıb. Saytın məlumatına görə, Sayat-Nova küçəsinin yerləşdiyi ərazidə yol bağlanıb. Hazırda küçəyə yeridilən polislərin sayı artırılıb. Bundan əlavə, bu gün Ermənistan polisi etirazçılardan birində – 1992-ci il təvəllüdlü Tiqran Rostomyanda tapança aşkar edib.