01:55 xeber –
Bakı Şəhər Dövlət Yol Polis İdarəsi (BŞDYPİ) velosiped sürənlərə xəbərdarlıq edib.
Şəhərin mərkəzi küçə və prospektlərində velosipedi təhlükəli sürənlərə qarşı sərt cəza tətbiq edəcək. Velosipedçilər dərhal cəzalandırılacaq.
“Velosipedçilər yalnız onlar üçün ayrılmış zolaqla hərəkət etməlidirlər. Əgər velosipedçilərin hərəkəti üçün ayrılmış zolaq yoxdursa, o zaman yolun sağ çiyni ilə hərəkət etməyə üstünlük verməlidirlər.
Çox təəssüflər olsun ki, bəzi istirahət mərkəzlərində, eləcə də parklarda belə velosipedçilər çox kobud şəkildə velosipedi idarə edirlər ki, bu da haqlı olaraq istirahətə gələnlərin narazılığına səbəb olur”, – deyə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov bildirib.