İçeriğe geçmek için "Enter"a basın

Cənubi Koreyalılar dünyada estetikdə ilk sıradadır

22-06-2015

kore
Bütün dünyada   ən çox estetik əməliyyatının olması ilə diqqətləri üzərinə çəkən ölkə Cənubi Koreya olub.  Bu ölkədə hər 5 adamdan birinin estetik etdirdiyini söyləyən mütəxəssislər,əməliyyat etdirənlərin 19 yaşdan yuxarı olduğunu bildiriblər.

Araşdırmaya görə Cənubi Koreyanın paytaxtı Seulda 19-49 yaş qrupundakı qadınların 1/5-nin estetik əməliyyat üçün bıçaq altına yatdığını deyən mütəxəssislər, Cənubi Koreyalıların ən çox göz qapağı qaldırma əməliyyatı və uzun çənədən məmnun olmayanlar əməliyyat olduğu öyrənilib.

Ölkəmizdə isə gözəlliyə marağın son on ildə beş qat artdığını söyləyib.

Düzgün bir dəri üçün nələr edilməli mövzusunda məlumat verən həkimlər, mineral(mədən) suyu içilməsini tövsiyə edərək, “Hamar bir dəri üçün; nizamlı yatın, siqaret çəkməyin, kafi miqdarda yod alın, günəşdən qorunun, dəri masajı edin, aylıq dəri baxımı etdirin, səhərlər oyandığınız zaman yataqda 1 dəqiqə ərzində gərinin. Üzünüzü çaşmış bir ifadəyə salın və həm ayaqlarınızı, həm də qollarınızı gərin.

Bu hərəkət bütün əzələlərinizin oyanmasını təmin edəcək. Hər gün tekrarlamanızda böyük fayda var.

Hər səhər, qış ayları da olmaq üzrə pəncərəni açıb dərin bir nəfəs alın. Əslində bir yoga hərəkəti olan günü salamlama, sizə müsbət enerji verdiyi kimi ürək sürətinizi artırar və həzm sisteminizi oyandırar. Hər səhər oyandığınızda ac qarnına içində bir neçə damla limon olan ilıq bir su için. Ayda iki dəfə bu suyun içinə soda əlavə etməniz detoks təsiri edəcəkdir. Gündə ən az 2 lt su içməyə çalışın.
Səhərlər dərinizi təmizləyin. Daha sonra da gündəlik tonik tətbiq edin. Tonik və səhərlər edəcəyiniz dəri təmizliyi, axşamdan qalan yorğunluğu və toksinləri alacaqdır. Əgər maskanız gündəlik istifadəyə uyğunsa yalnız 1 dəqiqə ayıraraq dərinizi təmizlədikdən sonra maska tətbiq edin.
Əgər həftəlik maska tətbiq edirsinizsə, bunu da səhərlər etməyə diqqət göstərin. Dərinizi nəmləndirdiyinizdə serum istifadə etməyi unutmayın ” deyib.(Qadinsayti.com da hər cür dəriyə uyğun maska reseptləri vardır)

Cənubi Koreyalıların əməliyyat öncəsi və sonrası bəzi fotoları təqdim edirik.
Cənubi Koreyada qadınlardan əlavə kişilərin də əməliyyatlara meylli olduqları və əməliyyat etdirdikləri statistik araşdırmalarda özünü göstərir.
Azadliq.az
kore1
kore2
kore3

Cənubi Koreyalılar dünyada estetikdə ilk sıradadır