İçeriğe geçmek için "Enter"a basın

Anasının qucağında dirilən körpə

19-06-2015

bebe
Devid və Keyt Oqq cütlüyü 3 il ərzində birlikdə olublar və nəhayət körpələri dünyaya gəlib.

Lakin onların tarixçəsi digər ailə tarixçələrindən tamamilə fərqlənir. Belə ki, doğuş zamanı həkim adını Ceymi qoymaq istədikləri körpənin öldüyünü bildirib. Bundan sarsılan valideynlər ilk və son dəfə qucaqlamaq istədiklərini söyləyiblər. Bir neçə dəqiqədən sonra Ceymi otağa gətirilib.

Keyt həyat yoldaşını köynəyini çıxararaq körpəni bürüməyi xahiş edib. Onlar üçü birlikdə qucaqlaşıblar və valideynlər göz yaşları içində yeni körpəyə gələcək arzularından və planlarından danışıblar. Bir müddət sonra körpə nəfəs alıb və atasının barmağını sıxıb.

Bu hadisə hər kəsi sözün yaxşı mənasında şoka salıb. İndi bu ailə çox xoşbəxtdir.

Azadliq.az

Anasının qucağında dirilən körpə