İçeriğe geçmek için "Enter"a basın

Erməni nazir: Avropa oyunları Bakının mülkiyyəti deyil

18-06-2015

ermeni
Avropa Oyunlarına qatılmaq və ya qatılmamaq barədə sual heç vaxt Ermənistan nümayəndə heyətinin qarşısında olmayıb.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın idman naziri Qabriel Kazaryan söyləyib.

“İdmanı siyasətlə qarışdırmaq lazım deyil. Avropa Oyunları Bakının mülkiyyəti deyil. Bu oyunları Beynəlxalq Olimpiya Komitəsinin tərkibinə daxil olan Avropa Olimpiya Orqanları keçirir. Ona görə də, bizim ora getməməyimiz üçün heç bir əsas yox idi”, – deyə Kazaryan vurğulayıb.

Nazir qeyd edib ki, şəxsən özü hər gün Bakıda olan erməni komandası ilə əlaqə saxlayır və onların vəziyyəti ilə maraqlanır
Azadliq.az

Erməni nazir: Avropa oyunları Bakının mülkiyyəti deyil