İçeriğe geçmek için "Enter"a basın

Sınıq güzgü uğursuzluğa işarədır

18-06-2015

sınıq

Şəxsi müşahidələrimdən belə qənaətə gəlmişəm, azərbaycanlı tamaşaçılar daha çox intriqalı, qalmaqallı, sözlü-söhbətli, davalı-şavalı telelayihələrə üstünlük verirlər. Bu səpkili verilişlərin sayəsində xalqın bir nömrəli “qəhrəman”ları, “himayədar”ları da formalaşıb. Tamaşaçılar vaxtaşırı onların gözlərindən öpür, qadalarını alır, başlarına dönür və qədəmlərinin bu qədər düşərli, lazımlı olmalarına şükür edirlər. Çal-çağır nümayəndələrinin isə tamaşaçı arealı daha genişdir. Onlarsız televiziyaların bir günü olmasın. Bu sənət fədailərinin istənilən aktual mövzuya münasibəti yox deyil. Zalım uşaqları sanki Kembric, Oxford kimi epataj universitetləri fərqlənmə diplomuyla bitirmiş ziyalılardır. Mən sənət adamlarının televiziyaya verdiyi “töhfə”lərdən xəbərdaram və bunu geniş şəkildə açıb-ağartmağıma da bir lüzum görmürəm. Və bünovrəsi kommersiya dayaqları üzərində bərqərar olmuş kanalın öz işçisini saxlaması üçün istənilən işıq gələn dəliyə sarı boylanmasına tamamilə normal baxıram. Televiziya pul qazanmalıdı, özü də külli miqdarda… Amma unutmaq lazım deyil ki, televiziya şirniyyat sexi deyil, bir gün istehsal etdiyi bulka şirin, sabahkı kəmşirin olsun və bu hal istehlakçının vecinə olmasın. Televiziyanın məhsulu həmişə keyfiyyətli olmalıdı. Tamaşaçı onun bir nömrəli istehlakçısı, müştərisidir. Xatırlatmağı özümə borc bilirəm ki, özəl kanal olaraq fəaliyyət göstərmək olduqca doğal bir hüquqdur, fəqət, tamaşaçı bu özəllikdən iyrənməli deyil, həzz almalıdır… Tamaşaçının zövqünü özəlləşdirmək səlahiyyəti hələ ki heç bir kanala verilməyib
Famil Məcid

Sınıq güzgü uğursuzluğa işarədır