İçeriğe geçmek için "Enter"a basın

Millətvəkilinin qardaşı oğlu həbs olundu

18-06-2015

deputat

Bakıda Milli Qəhrəmanın ailəsinə qarşı dələduzluq faktı qeydə alınıb.

“Report”un məlumatına görə, Rasim İsgəndər oğlu İsgəndərov Nəsimi Rayon Polis İdarəsinə müraciət edərək Namiq Əhmədov adlı bir nəfərin onu mühasib vəzifəsinə işə düzəltmək adı ilə aldatdığını bildirib.

Belə ki, şikayətçi N.Əhmədovun onun işə düzəltmək adı ilə 5 min manat pulunu mənimsədiyini bildirib.

Şikayət əsasında faktlar toplanılıb və N.Əhmədov saxlanılaraq istintaqa cəlb olunub. Ona Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan olunub. Məhkəmənin qərarı ilə N.Əhmədov barəsində həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək N.Əhmədov Milli Məclisin deputatı Vahid Əhmədovun qardaşı oğludur. Deputatın oğlu Zəfər Əhmədov isə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müstəntiq vəzifəsində çalışır.

Cinayət işində zərərçəkən kimi qeyd olunan R.İsgəndərov Azərbaycanın Milli Qəhrəmanı, 1995-ci il mart hadisələrində şəhid olan Famil İsgəndər oğlu İsgəndərovun qardaşıdır.

Azadliq.az

Millətvəkilinin qardaşı oğlu həbs olundu