İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanlı tələbələr Türkiyədə terror örgütünə qatıldı

15-06-2015

pkk Şimali İraqda çəkildiyi iddia edilən bu videoçarx sizi şoka salacaq.

Azadliq.az ölkə.Aza istinadən xəbər verir ki, bu ilin aprel ayında Türkiyədə təhsil alan üç azərbaycanlı gəncin yoxa çıxdığı haqda mətbuatda xəbərlər yayılmışdı.

Təxminən bir həftə əvvəl videopaylaşım şəbəkələrindən birində yerləşdirilmiş videoçarxda PKK terrorçularının sıralarında döyüşən üç azərbaycanlının görüntüləri yayıldı. Apardığımız qısa araşdırmalardan sonra məlum oldu ki, vedeodakı PKK-çı azərbaycanlılar həmin yoxa çıxmış tələbələrdir.

Qeyd edək ki, yayılan məlumatlarda yoxa çıxmış azərbaycanlı tələbələrin Yıldırım Beyazit Universitetinin tələbəsi Sənan Güləhmədov, Ankara Unversitetində oxuyan Mobil adlı şəxs və Turqut Özal Universitetinin tələbəsi Məmmədhüseyn olduğu bildirilirdi.

Məsələ ilə bağlı Azərbaycanın Ankaradakı səfirliyinin təhsil şöbəsinin müşaviri Nəcibə Babayeva bildirib ki  bu məsələ ilə bağlı səfirliyin mövqeyini öyrənmək lazımdır:

“Hadisə ilə əlaqədar olaraq səfirliyimiz mətbuata əlavə məlumat verəcək, ancaq bildiyiniz kimi bu təhlükəsizlik məsələsidir və bununla bağlı mən hansısa informasiya verə bilmərəm. Hadisə ilə əlaqədar olaraq səfirliyin mövqeyi öyrənilməlidir. Məlumatı biz də almışıq və bununla bağlı araşdırmalar davam edir.

Azadliq.az

2 Yorum

  1. araz 16/06/2015

    ata baba sözüdü bu söz
    ermeninin çöreyin yeme
    kürdün evinde yatma
    niye ?
    çün ki kürd iki üzlüdi
    gündüz dostundi gece düşmenin
    evinde yatsan gecenin yarısi başi kese büler
    inşaallah bu azerbaycanlılar kişilıği kürd dostlarına örgedeller
    örgetmemişden qabax başları kesilmese

  2. Akif 16/06/2015

    axi siz Azerbaycanli deilsiniz, ay murdarlarin numaindesiler

Yorumlar kapatıldı.

Azərbaycanlı tələbələr Türkiyədə terror örgütünə qatıldı