Şimali İraqda çəkildiyi iddia edilən bu videoçarx sizi şoka salacaq.
Azadliq.az ölkə.Aza istinadən xəbər verir ki, bu ilin aprel ayında Türkiyədə təhsil alan üç azərbaycanlı gəncin yoxa çıxdığı haqda mətbuatda xəbərlər yayılmışdı.
Təxminən bir həftə əvvəl videopaylaşım şəbəkələrindən birində yerləşdirilmiş videoçarxda PKK terrorçularının sıralarında döyüşən üç azərbaycanlının görüntüləri yayıldı. Apardığımız qısa araşdırmalardan sonra məlum oldu ki, vedeodakı PKK-çı azərbaycanlılar həmin yoxa çıxmış tələbələrdir.
Qeyd edək ki, yayılan məlumatlarda yoxa çıxmış azərbaycanlı tələbələrin Yıldırım Beyazit Universitetinin tələbəsi Sənan Güləhmədov, Ankara Unversitetində oxuyan Mobil adlı şəxs və Turqut Özal Universitetinin tələbəsi Məmmədhüseyn olduğu bildirilirdi.
Məsələ ilə bağlı Azərbaycanın Ankaradakı səfirliyinin təhsil şöbəsinin müşaviri Nəcibə Babayeva bildirib ki bu məsələ ilə bağlı səfirliyin mövqeyini öyrənmək lazımdır:
“Hadisə ilə əlaqədar olaraq səfirliyimiz mətbuata əlavə məlumat verəcək, ancaq bildiyiniz kimi bu təhlükəsizlik məsələsidir və bununla bağlı mən hansısa informasiya verə bilmərəm. Hadisə ilə əlaqədar olaraq səfirliyin mövqeyi öyrənilməlidir. Məlumatı biz də almışıq və bununla bağlı araşdırmalar davam edir.
Azadliq.az
ata baba sözüdü bu söz
ermeninin çöreyin yeme
kürdün evinde yatma
niye ?
çün ki kürd iki üzlüdi
gündüz dostundi gece düşmenin
evinde yatsan gecenin yarısi başi kese büler
inşaallah bu azerbaycanlılar kişilıği kürd dostlarına örgedeller
örgetmemişden qabax başları kesilmese
axi siz Azerbaycanli deilsiniz, ay murdarlarin numaindesiler