İçeriğe geçmek için "Enter"a basın

Tiflisdə baş vermiş daşqında 8 nəfər həlak olub – Foto + Video

14-06-2015

tiflisdasqin1Ötən gecə Gürcüstan paytaxtında baş vermiş daşqın nəticəsində azı 8 adam ölüb, yerli rəsmilər xəbər verib.
“Axtarış-xilasedici işlər aparılır. 8 nəfər ölüb, daha 3 nəfərin axtarışı davam edir”, Tbilisi şəhərinin meri bildirib.
Şəhər meri David Narmanianın sözlərinə görə vəziyyət “olduqca ağırdır”.
Tbilisi merinin müavini Irakli Lekvinadzenin təxminlərinə görə daşqın nəticəsində şəhərə $10 milyon məbləğində zərər vurulub.

Bazar gününə keçən gecə baş vermiş leysan yağışlar nəticəsində şəhərin bir neçə rayonunda daşqın baş verib – evlərin həyətləri, binaların birinci mərtəbələri və yüzlərlə evin zirzəmiləri, yeraltı keçidlər suyun altındadır.
Bu arada daşqın zamanı şəhər zooparkından qaçan heyvanların da axtarışı davam etdirilir.
Daşqın zamanı paytaxt zooparkından 6 şir, 6 pələng, 7 ayı və 13 canavar qaçıb.
Bəzi qaçmış heyvanları tutmaq mümükün olub, bəziləri öldürülüb.
Lakin qaçmış heyvanların dəqiq sayı qeyri-müəyyən qalır.
Axtarış əməliyyatı havadan da aparılır – şəhər üzərində helikopterlər uçur.
Tbilisi rəsmiləri zooparkdan vəhşi heyvanların qaçması ilə bağlı sakinlərə ehtiyyatlı hərəkət etməyə və evlərindən bayıra çıxmamaq barədə xəbərdarlıq ediblər.
tiflisdasqin2

Tiflisdə baş vermiş daşqında 8 nəfər həlak olub – Foto + Video