Bakının “Dostluq” parkı ərazisində qanunsuz tikilmiş villalar musiqi sədaları altında sökülür.
“Azadlıq.az” virtualaz.org-a istinadən xəbər verir ki,bunun üçün söküntü işləri aparılan əraziyə xüsusi ansambl gətirilib. Onun ifa etdiyi musiqi nömrələri baş verənlərə təntənə fonu qatır.
O da maraqlıdır ki, söküntü işlərinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov şəxsın nəzarət edir.
Bakı merinin bildirdiyinə görə, sökülən villaların yerində 10 min ədəddən çox ağac əkiləcək.
Bir deyim var: “Çox söz yalansız, cox pul haramsız deyil”. Dəyəri milyonlarla ölçülən villalar da haramsız deyil. Lakin halal da olsa, haram da olsa artıq bu tikilib. Qanunsuz idisə bunun qarşısını vaxtında almaq lazım idi. Onları sökməkdənsə, dövlətin hesabına keçirmək və xeyirxah məqsədlərlə istifadə etmək daha yaxşı olardı. Əks halda bu milyonlar sadəcə olaraq ikinci dəfə itirilir.